Yelo IT Lab proqramının iştirakçıları bəlli oldu
İT sahəsində özünü görən və inkişaf etdirmək istəyən gəncləri hədəfləyən Yelo IT Lab proqramına namizədlərin seçimi başa çatıb. Proqram barədə mətbuatda xəbərlər çıxan andan etibarən cəmiyyətdə doğurduğu geniş maraq Yelo Bankın bu sosial təşəbbüsünə yüksək tələbatın olduğunu göstərir. Onlayn ərizələr göndərildikdən sonra namizədlərin seçimi test və fərdi müsahibə olmaqla iki mərhələdə aparıldı. 1400-dən çox iştirakçı arasında ən uyğun 35 nəfər proqramda iştirak haqqı qazandı. Yelo Bank-ın Baş ofisində iştirakçılar təntənəli surətdə qarşılandılar. Açılış tədbirində bank rəhbərliyi və əməkdaşlarının iştirakı ilə təqdimat və ofis turu həyata keçirildi. 3 ay davam edəcək təlim və tədris proqramının yekununda xüsusi fərqlənən məzunlar Yelo Bank-da işlə təmin olunacaq.
Proqramın fəaliyyətinə İT həlləri üzrə ixtisaslaşmış «GNI Software» şirkəti metodoloji dəstək verir. Təlimləri Yelo Bank və «GNI Software» şirkətinin peşəkar əməkdaşları Agile metodikası əsasında aparır. Yelo IT Lab-də öyrədilən təhsil və qazanılan təcrübə tələbələrin fərdi inkişafına, özlərini və layihələrini təqdim etmək bacarıqlarını təkmilləşdirmələyə kömək edəcək. Yelo IT Lab proqramının yaradılmasında əsas məqsəd ölkəmizdə peşəkar İT mütəxəssislərinin hazırlanmasına və bu istiqamətin inkişafına dəstək olmaqdır.
Bank xidmətləri, o cümlədən, kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!