Əsas məzmuna keç
Bakı +7°, yağışlı
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Gündəm

Azərbaycan bu yağın kiloqramını xaricə $8 396-⁠ya satır

Azərbaycan bu yağın kiloqramını xaricə $8 396-ya satır
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

Azərbaycan 2026-cı ilin ilk üç rübündə Rumıniyaya 80 kiloqram efir yağı ixrac edib. Məhsulun ümumi dəyəri 671,67 min ABŞ dolları (1,14 milyon manat) təşkil edib. Beləliklə, bir kiloqram efir yağının orta ixrac dəyəri 8 396 dollar olub.

ENA.az xəbər verir ki, söhbət sitrus bitkilərindən alınmayan efir yağlarından gedir. 2025-ci ilin eyni dövründə Rumıniyaya bu kateqoriyadan məhsul ixracı qeydə alınmamışdı.

2026-cı ilin ilk üç rübündə Azərbaycan həmin məhsullardan ümumilikdə 864,94 min dollarlıq və ya 109,2 kiloqram ixrac edib. Rumıniyanın ümumi ixrac dəyərində payı 77,7% təşkil edib.

Digər alıcılar arasında Bolqarıstan, ABŞ, İspaniya, Böyük Britaniya və Birləşmiş Ərəb Əmirlikləri də olub.

Bolqarıstana 10 kiloqram məhsul 98,52 min dollara, ABŞ-yə 5 kiloqram 48,48 min dollara, İspaniyaya isə 2 kiloqram 21,26 min dollara göndərilib. Böyük Britaniyaya ixrac 11,49 min dollar, BƏƏ-yə isə 10,72 min dollar təşkil edib.

Müqayisə üçün, 2025-ci ilin ilk üç rübündə Azərbaycan bu kateqoriyadan 253,36 kiloqram və ya 351,87 min dollarlıq məhsul ixrac etmişdi. Həmin dövrdə əsas alıcı 335,83 min dollarla Bolqarıstan olmuşdu.

Beləliklə, 2026-cı ildə efir yağlarının ixrac dəyəri 2,5 dəfəyə yaxın artdığı halda, fiziki həcm 56,9% azalıb.

Bir kiloqramın orta ixrac dəyəri isə ötən ilin eyni dövründəki 1 389 dollardan 7 921 dollara yüksəlib.

Mənbə:banker.az

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə