Əsas məzmuna keç
Bakı +11°, buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Bank

AMB “102”yə edilən şikayətləri banklara avtomatik göndərəcək

AMB “102”yə edilən şikayətləri banklara avtomatik göndərəcək
ENA.az-ı Google-da seçilmiş mənbə edinXəbərlərimiz Google axtarışında sizə daha tez görünsünƏlavə et

Azərbaycan Mərkəzi Bankı (AMB) Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng Mərkəzinə edilən müraciətlərin banklara ötürülməsini avtomatlaşdıracaq.

ENA.az xəbər verir ki, bunu AMB-nin Rəqəmsal fırıldaqçılığın qarşısının alınması və monitorinqi şöbəsinin rəhbəri Elvin Cuvarov Bakıda keçirilən X Beynəlxalq Bank Forumunda bildirib.

Onun sözlərinə görə, təmsil etdiyi qurum, Nazirliyin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi, banklar və bəzi elektron pul təşkilatları arasında işçi qrupu fəaliyyət göstərir: “Bu istiqamətdə ilin sonuna qədər məlumat mübadiləsi prosesinin müəyyən qədər avtomatlaşdırılmasını və təkmilləşdirilməsini planlaşdırırıq. Hazırda vətəndaşların 102-yə etdiyi müraciətlər bizə və banklara yarımmanual, yarıavtomatik formada ötürülür. Bu prosesi tam avtomatlaşdırmaq istəyirik. Bu, məlumatların seqreqasiyası, hesabatların qarşılıqlı yoxlanılması (kross-çek) və digər məsələlər baxımından işimizi xeyli asanlaşdıracaq”.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə