“Lukoyl”a yeni prezident təyin edildi
Rusiyanın ən böyük özəl neft şirkəti “Lukoyl”un təsisçisi Vahid Ələkbərov şirkətin prezidenti vəzifəsində 30 ilə yaxın işlədikdən sonra tərk etmişdi.
ENA.az xəbər verir ki, səhmdarlar növbədənkənar yığıncaqda Ələkbərovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərarı təsdiqləyiblər. Həmçinin səhmdarlar yeni prezident kimi “Lukoyl”un birinci icraçı vitse-prezidenti vəzifəsində çalışmış Vadim Vorobyovu təsdiq ediblər.
“Lukoyl PJSC-nin prezidenti Vahid Ələkbərovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilsin. Vadim Vorobyov “Lukoyl” PSC-nin prezidenti təyin edilsin”,-, qərarda deyilir.
Apreldə məlum olub ki, Ələkbərov Böyük Britaniya və Avstraliyanın ona qarşı şəxsi sanksiyaları ilə əlaqədar “Lukoyl”un prezidenti və direktorlar şurasını tərk edir.