Azərbaycanın bank sektorunda yığılmış zərər mənfəətdən 30% çoxdur - RENKİNQ
Azərbaycanın bank sektorunda hazırda 853 milyon 659 min manat yığılmış zərər və 642 milyon 500 min bölüşdürülməmiş mənfəət var.
Bankların 10-da yığılmış zərər mövcuddur və bu zərərin əsası ölkənin maliyyə sektorunun krizis dövründə formalaşıb. Kreditlərin qaytarılmasında 2015-ci ildən sonrakı ilk 3 ildə böyük çətinlik çəkən banklar artıq müəyyən qədər irəliləyişlər əldə ediblər.
ENA.az 2022-ci ilin yanvar-mart ayalrı üzrə nəticələri nəzərə almaqla renkinqi oxucularına təqdim edir.
Qeyd edək ki, bölüşdürülməmiş mənfəət balans kapitalına təsir edir, çünki bölüşdürülməmiş mənfəət birinci dərəcəli kapitala təsir edən amildir. Balans kapitalının da içərisində birinci dərəcəli kapital “oturduğundan”, nə qədər zərər formalaşıbsa, bu o deməkdir ki, bankın aktivlərinin dəyəri həmin zərər qədər azalmış olur.
Başqa sözlə, zərər öhdəliyin komponenti sayılır yəni zərər xərc maddəsidir və xərc maddəsi də balans kapitalına birbaşa təsir edir. Ona görə bölüşdürülməmiş mənfəət artırsa bankın məcmu kapitalı,balans kapitalı artır, bölüşdürülməmiş mənfəət azalarsa əksinə, hər iki göstərici azalır.