Bank

Hüquqi şəxslərin banklardakı pulu 8 faiz artıb

İyulun 1-ə hüquqi şəxslərin cəmi depozitləri ilin əvvəlinə nəzərən 7.9% artaraq 24.3 milyard manat təşkil edib.

ENA.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"nda qeyd edilib.

Bildirilib ki, hüquqi şəxslərin depozitlərində cari hesabların payı dövrün sonunda ilin əvvəli ilə müqayisədə 6,9 faiz bəndi azalaraq 66,8%, müddətli depozitlərin payı isə 6,9 faiz bəndi artaraq 33,2% olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə hüquqi şəxslərin cəmi depozitləri 15,5% artıb.

Son 1 ildə hüquqi şəxslərin depozitlərində cari hesabların payı 6,5 faiz bəndi azalıb, müddətli depozitlərin payı isə 6,5 faiz bəndi artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)