Kəmaləddin Heydərov İlqar Qocayevə yeni vəzifə verdi

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsinə yeni rəis təyin edilib.
Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə FHN-nin Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin Metallurgiya sənayesində işlərin təhlükəsiz görülməsinə nəzarət müfəttişliyinin rəisi İlqar Qocayev vəzifəsindən azad olunub.
Digər əmrlə İlqar Qocayev Naxçıvan FHN-nin Dağ-Mədən Təhlükəsizliyi İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
Məlumatı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən “Report”un yerli bürosuna təsdiq ediblər.