Azərbaycan Prezidenti “Fox News”a müsahibə verib

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri zamanı bu ölkənin “Fox News” telekanalına müsahibə verib.
Dövlət başçısı müsahibəsində Rusiya ilə münasibətlərdən və 2024-cü ilin dekabrında “Azərbaycan Hava Yolları”nın 8243 saylı təyyarəsinin vurulmasından danışıb.
Qeyd edib ki, Azərbaycan bunun qəsdən hücum olduğunu düşünmür. “Biz sadəcə bunu etiraf etməyi, həmin cinayəti törədənləri cəzalandırmağı və tam təzminat ödənilməsini tələb etdik”, – deyə Prezident İlham Əliyev əlavə edib.