Qeyri-Bank

Amerika ehtiyatdan dizel çıxartmağa hazırlaşır, neft ucuzlaşır - SON QİYMƏT

Bugün neft qiymətləri koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq edilən sərt karantin tədbirləri səbəbiylə Çində tələbin azalması qorxusunun davam etməsi səbəbindən ucuzlaşıb.

Bloomberg qeyd edir ki, Çin hakimiyyətinin bir gün əvvəl elan etdiyi iqtisadiyyata dəstək tədbirləri, o cümlədən şirkətlər üçün vergi güzəştləri və avtomobillərin alışında vergi endirimləri investorları heyrətləndirmədi. UBS Group AG analitikləri cari il üçün Çinin ÜDM artımı ilə bağlı proqnozlarını 4,2%-dən 3%-ə, JPMorgan ekspertləri isə 4,3%-dən 3,7%-ə endiriblər.

Avstraliya və Yeni Zelandiya Bankinq Qrupunun baş əmtəə analitiki Daniel Hines, "Çində tələbin səviyyəsi ilə bağlı yüksək qeyri-müəyyənlik qalır" dedi.

Eyni zamanda, Aİ ölkələri tərəfindən Rusiya neftinin idxalına embarqo qoyulması indiyədək dalana dirənib və bu, “yaxın gələcəkdə sanksiyalar görməyəcəyimizi” deməyə əsas verir”, - ekspert deyir.

ENA.az-ın məlumatına görə, Londonun ICE Futures birjasında bugün saat 9:10-a Brent markalı neftin iyul fyuçerslərinin dəyəri bir barel üçün 112,64 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 0,78 dollar (0,69%) aşağıdır.

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda iyul ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 109,56 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 0,73 dollar (0,66%) aşağıdır.

ABŞ prezidenti Co Baydenin administrasiyası isə kəskin qiymət artımının qarşısını almaq üçün dizel yanacağının strateji ehtiyatlardan çıxarılmasını nəzərdən keçirir. Ağ Evin mətbuat katibi Emili Simons bildirib ki, lazım gələrsə, dövlətlər tez bir zamanda təxminən 1 milyon barel dizel yanacağı buraxa bilər.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department