Aqrar

Qazaxıstan 6 ay müddətinə şəkərin ixracına qadağa qoydu

Mayın 23-dən Qazaxıstanda ağ şəkərin və xam qamış şəkərinin ixracına altı ay müddətinə qadağa qoyulub, bu barədə Kənd Təsərrüfatı Nazirliyi müvafiq əmr verib.

“Altı ay müddətinə Qazaxıstan Respublikası ərazisindən ağ şəkərin (Avrasiya İqtisadi İttifaqının xarici iqtisadi fəaliyyətin vahid mal nomenklaturasının kodu 1701 99 100) və xam qamış şəkərinin (kod) ixracına qadağa tətbiq edilsin ", - normativ hüquqi aktların arayış-nəzarət bankının internet saytında dərc edilmiş sərəncamda deyilir.

Sərəncam ilk rəsmi dərc edildiyi gündən 10 gün sonra qüvvəyə minir. O, mayın 12-də Kənd Təsərrüfatı Naziri Yerbol Karaşukeev tərəfindən imzalanmış və rəsmi olaraq dərc edilmişdir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)