Ukrayna ilə bağlı - SON MƏLUMATLAR
Ukraynanın Dnepr şəhəri raket hücumuna məruz qalıb. Dnepr hava limanı vurulub, xeyli ölən və yaralananlar var.
Bu barədə Dnepr şəhər meri Boris Filatov məlumat verib. Mer əhalini sığınacaqlarda qalmağı tövsiyə edib. Dağıntı, ölən və yaralılar barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, dünən Ukrayna Prezidenti Volodimir Zelenski ilə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.
Əl-Cəzirə telekanalı xəbər verir ki, Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatının rəhbərindən Mariupolda yerləşən Azovstal zavodundakı yaralıların təxliyəsinin təşkili üçün kömək istəyib.
Həmçinin Ukrayna Prezidenti Antonio Quterreşə BMT və Qırmızı Xaç Komitəsinin rəhbərliyi ilə həyata keçirilən uğurlu təxliyə prosesinə görə minnətdarlığını bildirib.