TURİZM

Azərbaycan Qazaxıstanın aeroportlarını marketinq tərəfdaşına çevirə bilər

Azərbaycan və Qazaxıstan turizm sahəsində əməkdaşlıq imkanlarını, qarşılıqlı infoturların keçirilməsini, təcrübə mübadiləsinin aparılmasını, eləcə də Qazaxıstanda fəaliyyət göstərən 11 beynəlxalq hava limanı ilə marketinq layihələri üzrə tərəfdaşlığı müzakirə edib.

Bu barədə Dövlət Turizm Agentliyi xəbər verir.

Məlumata görə, bu məsələlər qurumun sədri Fuad Nağıyevin Qazaxıstanın Azərbaycandakı səfiri Serjan Abdıkarimovla keçirdiyi görüşdə müzakirə obyekti olub.

Səfir tarixi İpək Yolu mədəni irsi üzrə birgə turistik marşrutların yaradılmasının vacibliyinə toxunub, bu marşrutların iki ölkənin mədəniyyətinin, turizm imkanlarının tanıdılmasına dəstək olacağını bildirib.

Görüşdə Agentliyin Qazaxıstanda həyata keçirəcəyi layihələr, Qazaxıstan vətəndaşlarının Azərbaycanda fəaliyyət göstərən turizm mərkəzləri və kurortlara cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)