Qarabağ

Rusiyadan sülh sazişi ilə bağlı Bakı və İrəvana mesaj

“Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsasını Rusiya, Azərbyacan və Ermənistan liderlərinin üçtərəfli razılaşmaları təşkil edir”.

ENA.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, ötən həftə Rusiya Prezidentinin Azərbaycan və Ermənistan liderləri ilə məlum razılaşmaların həyata keçirilməsi ilə bağlı bütün kompleks məsələləri müzakirə etdiyini xatırladıb:

“Bu mövzu aprelin 8-də Moskvada Rusiya və Ermənistan XİN başçılaırının danışıqlarında, eləcə də Rusiya xarici işlər nazirinin azərbaycanlı həmkarı ilə telefon danışığı zamanı da diqqət mərkəzində olub. Bu təmaslarda əsasən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası, Cənubi Qafqaz regionunda nəqliyyat əlaqələrinin açılması və Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması məsələlərinə toxunulub. Rusiya Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına hər cür köməyi etməyə davam edəcək”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)