"Fitch Ratings": "Azərbaycanda bu il inflyasiya 8,7 % səviyyəsində olacaq"
"Fitch Ratings" Beynəlxalq Reytinq Agentliyinin yenilənmiş proqnozuna əsasən bu il Azərbaycanda illik inflyasiya 8,7 % səviyyəsində olacaq.
ENA.az xəbər verir ki, bu barədə agentliyin hesabatında bildirilib.
Sənədə əsasən, bu, əvvəlki proqnoz ilə müqayisədə 2,3 faiz bəndi çoxdur.
"Fitch Ratings" region ölkələrindən Gürcüstanın inflyasiya gözləntisini 4,5 faiz bəndi artıraraq 10 %-ə, Ermənistanda isə 3,5 faiz bəndi artıraraq 8,5 %-ə çatdırıb