Nazir yeni müdir təyin etdi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Nəqliyyat siyasəti şöbəsinə müdir təyin olunub.
Nazir Rəşad Nəbiyevin müvafiq əmri ilə Vasif Əmiraslanov həmin şöbənin müdiri təyin edilib.
Banker.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Qaynarinfo-ya xəbəri təsdiqləyiblər.
Xatırladaq ki, bundan əvvəl sözügedən şöbənin müdiri Arif Məmmədov Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri təyin olunub.