Birja

Neft Rusiyaya qarşı yeni sanksiyalar fonunda bahalaşır

Neft qiymətləri Ukrayna hadisələri ilə əlaqədar Rusiya Federasiyasına qarşı yeni sanksiyalar gözləntiləri ilə yüksəlməkdə davam edir.

ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan dünən axşam bildirib ki, ABŞ bu həftə enerji sektoruna təsir edə biləcək yeni anti-Rusiya tədbirləri elan edəcək. Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz da Rusiyaya qarşı yeni sanksiyalara çağırıblar.

ABŞ və Böyük Britaniya əvvəllər Rusiyadan neft tədarükünə məhdudiyyətlər qoyub və bir çoxları bu sahədə Moskvadan asılılığı kifayət qədər böyük olan Avropadan hansısa addımlar gözləyir. 

Londonun ICE Futures birjasında bugün saat 9:15-ə olan Brent markalı neftin iyun fyuçerslərinin dəyəri bir barel üçün 108,75 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın bağlanış qiymətindən 1,22 dollar (1,13%) çoxdur. 

Nyu-York əmtəə birjasında (NYMEX) elektron hərraclarda may ayı üçün WTI neftinin fyuçerslərinin qiyməti bu vaxta kimi bir barel üçün 104,51 dollar təşkil edir ki, bu da əvvəlki sessiyanın yekun dəyərindən 1,23 dollar (1,19%) çoxdur. 

Bir çox şirkətin Rusiya qazından imtina etməsi fonunda dünyada yanacağa artan tələbatın göstəricisi kimi Səudiyyə Ərəbistanı dövlət şirkəti Saudi Aramco tərəfindən rekord qiymət artımını göstərmək olar. Bir gün əvvəl o, may ayında bütün regionlardan alıcılar üçün ixrac olunan neftin bütün növlərinin qiymətini qaldıracağını açıqlamışdı.

Asiyaya tədarük edilən əsas “Arab Light” növünün qiyməti bir barel üçün 4,4 dollar bahalaşacaq. Bu, Oman və Dubayın neft səbətindən barel üçün 9,35 dollar çoxdur ki, bu da rekorddur. Həmçinin, “Arab Light”ın amerikalı alıcıları üçün mükafat tarixi maksimuma – Argus Sour Crude (ASCI) indeksinin dəyərinə görə bir barel üçün 5,65 dollara qədər yüksələcək. Gələn ay ABŞ-a tədarük edilən bütün neft növlərinin qiyməti bir barel üçün 2,2 dollar artacaq.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department