Gürcüstan Rusiyaya qarşı sanksiyalara qoşulub
Gürcüstan Ukraynadakı hərbi əməliyyatlara görə Rusiyaya qarşı tətbiq edilən maliyyə sanksiyalarına qoşulub.
ENA.az xəbər verir ki, bu barədə “CNN”ə müsahibəsində Prezident Salome Zurabişvili bildirib.
“Biz bütün beynəlxalq maliyyə sanksiyalarında iştirak edirik. Bu vaxta qədər biz Ukraynanı dəstəkləmək üçün yaradılmış bütün beynəlxalq qətnamələrə də qoşulmuşuq”, - Zurabişvili deyib.