Klinik Uroloji Xəstəxanaya baş həkim təyin olunub
![](https://ena.az/uploads/news/2022-03/_ena_839bdc1bf3fcec10e1698f774_o.jpg)
Akademik Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasına direktorun müavini - baş həkim təyin olunub.
Bu barədə Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanovun əmri ilə Kərimov Nicat Məhərrəm oğlu bu vəzifəyə təyinat alıb.
Xatırladaq ki, əvvəlki baş həkim Pərviz Hacıyev öz istəyi ilə vəzifəsindən ayrılmışdı.