Bank

Elektrik mühərrikli və hibrid avtomobillər ilə bağlı banklara göstəriş veriləcək

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən bankların vəsaitləri hesabına elektrik mühərrikli və hibrid avtomobillərin alınması üçün güzəştli şərtlərlə kreditlərin verilməsi məqsədilə Azərbaycan Banklar Assosiasiyasına (ABA) müvafiq tövsiyələr verib.

Bu, “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi”ndə əks olunub.

İyulun 1-dək isə elektrik mühərrikli və hibrid avtomobillərin əldə edilməsi sahəsində maliyyə əlçatanlığının artırılması ilə əlaqədar yeniliklər barədə məlumatlandırmanın təmin olunması üçün banklara göstəriş veriləcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)