Naməlum şəxslər Moskvada “Azərbaycan” pavilyonunda bomba qoyulduğunu bildiriblər
Rusiyanın paytaxtı Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonuna bomba qoyulması ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat daxil olub.
ENA.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Qeyd edilib ki, hazırda “Azərbaycan” pavilyonu yoxlanılır.
“Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki "Azərbaycan" pavilyonunda partlayış təhlükəsi ilə bağlı anonim məlumat daxil olub, araşdırma aparılır”, - deyə Fövqəladə Hallar Nazirliyindəki mənbə TASS-a bildirib.