Hadisə

Sumqayıtda ağır qəza, 13 yaralı var - Video

Sumqayıtda mikroavtobus minik avtomobili ilə toqquşub, yaralılar var.

ENA.az APA-ya istinadən xəbər verir ki, hadisə “Stansiya Sumqayıt” yaşayış massivinə gedən avtomobil yolunda qeydə alınıb.

Belə ki, "Hyundai" markalı mikroavtobus "Hyundai Santa Fe" minik avtomobili ilə toqquşub.

Qəza nəticəsində 13 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyi də hadisə barədə məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhərində “Hyundai” markalı minik avtomobili və "Hyundai" markalı sərnişin avtobusu toqquşub. Hadisə yerinə cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər sərnişini minik avtomobilindən və 2 nəfər sərnişini isə deformasiyaya uğrayan digər nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)