Gündəm

Almaniya Ukraynaya 2 700 “Strela” zenit-raket qurğusu ver'c'k

Almaniya hakimiyyəti Ukraynaya 2 700 “Strela” zenit-raket qurğusu tədarük etməyi planlaşdırır.

Bu barədə Almaniyanın İqtisadiyyat və İqlimi Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, nazirlik keçmiş Almaniya Demokratik Respublikası ordusunun ehtiyatındakı sovet istehsalı olan 2 700 “Strela”nın Ukraynaya tədarük olunması ilə bağlı qərar qəbul edib.

Eləcə də bax: "Rusiyanın 9 minə yaxın hərbçisi ölüb" - Ukrayna MN

Bildirilib ki, Almaniyanın Müdafiə Nazirliyi Ukraynaya əlavə olaraq silah tədarükü ilə bağlı imkanları araşdırır.

Vurğulanıb ki, Almaniya hökuməti Ukraynaya silah verilməsi ilə bağlı qərarı fevralın 26-də qəbul edib.

Berlinin rəsmi Kiyevə minlərlə tank əleyhinə və 500 “Stinger” raketi verdiyinə dair də məlumat yayılmışdı.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)