Hesablama Palatası AMEA-da yoxlamalara başlayır
![](https://ena.az/uploads/news/2022-02/_ena_f8b54b2d952d51be444f4e41c_o.jpg)
"Hesablama Palatası Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) böyük institutlarında yoxlamalar aparacaq".
Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məlumat verib.
Onun sözlərinə görə, AMEA-nın Mərkəzi Aparatında hələ ki yoxlamaların aparılması nəzərdə tutulmur: "Ancaq AMEA-nın böyük və maliyyə tutumlu institutlarında yoxlamaların aparılması nəzərdə tutulur".