Vakansiyalar

Sinteks Group of Companies işçi axtarır - VAKANSİYA

Administrator Kassir

 Son tarix 14 mar 2022 

Vəzifənin rolu:

Bu vəzifənin rolu pul vəsaitlərinin və məhsulların hərəkətinə nəzarət etməkdir. 

Vəzifə öhdəlikləri:

  • Mağazanın vaxtında açılıb-bağlanmasını təmin edir
  • Mağazada təmizliyə və səliqəyə nəzarət edir
  • Mağazada inzibati işləri idarə edir
  • Kassa əməliyyatlarını icra edir
  • Mağazada müştəri xidmətinin yüksək standartlarına uyğun xidmət göstərir
  • Günün yekun hesabatını aparır, təhvil veriləcək pulun mühafizəsini təmin edir, pulu və POS-terminal qəbzlərini aidiyyatı üzrə təhvil verir
  • Məhsulları  mağazaya qəbul edir və təftiş zamanı iştirak edir
  • Mağazada mövcud olan məhsulun, inventarın saxlanması və yerdəyişməsinə nəzarət edir
  • Qiymət etiketlərinin uyğunluğuna və mövcudluğuna nəzarət edir

Əsas tələblər: 

Təhsil:

  • Orta texniki, Ali təhsil arzuolunandır

Təcrübə:

  • Müvafiq sahədə ən azı 2 il iş təcrübəsi 

Professional Biliklər:

  • Kassa aparatı və Pos terminalın istismar qaydaları
  • Rus dili, İngilis dili arzuolunandır
  • MS Office  və 1C Proqramları

Professional Bacarıqlar və Kompetensiyalar: 

  • Məsuliyyət
  • Detallara diqqət
  • Nizam-İntizam
  • Stressə davamlılıq

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Administrator Kassir” qeyd edərək recruitment.sales@sinteks.com elektron poçt ünvanına göndərə bilərlər

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department