Hadisə

Xocavənddə şirkət avtobusunun qəzaya uğraması nəticəsində - 16 İŞÇİ YARALANIB

Dünən axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış 16 nəfər ilkin tibbi yardımdan sonra Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.

ENA.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə  TƏBİB-dən bildirilib.

Qeyd edək ki, qəza dünən axşam saatlarında Xocavənd rayonu ərazisində baş verib

Qəza nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar olub.

Qəzanın baş vermə səbəbləri və digər təfərrüatlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)