Paytaxtda orta əməkhaqqı min manata ÇATIR
![](https://ena.az/uploads/news/2022-02/_ena_ac6df4dc13b194712f5e502d9_o.jpg)
Bakı əhalisinin orta əməkhaqqı açıqlanıb.
Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, paytaxtda çalışanların əməkhaqqı artıb.
Belə ki, 2021-ci ilin yanvar-noyabr aylarının ilkin məlumatlarına əsasən, əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 1,5 faiz artaraq 938,4 manat olub.