Azərbaycanda yeni nəsil kassa aparatları ilə dövriyyə 2 dəfəyə yaxın artıb

Rəqəmsal inzibatçılığın genişləndirilməsi sahibkarlıq subyektlərində şəffaf nəzarət sisteminin qurulması üçün xüsusi əhəmiyyət daşıyır. Onlayn kassa aparatları üzrə dövriyyənin həcmi 2021-ci ildə əvvəlki illə müqayisədə 1.8 dəfə artaraq 15.6 mlrd. manata çatıb.
ENA.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün rəsmi twitter hesabında məlumat verib.