TURİZM

Azərbaycanla Serbiya arasında viza rejimi ləğv olunur

Azərbaycanla Serbiya arasında viza tələbi aradan qaldırır.

Bu, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, sənəd bu gün Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin toplantısında müzakirə edilərək plenar iclasa tövsiyə olunub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)