BİZNES

Dünyanın 10 ən zəngin adamının sərvəti COVID-19 pandemiyası zamanı iki dəfə artıb

Dünyanın 10 ən zəngin adamı COVID-19 pandemiyası zamanı sərvətlərini ikiqat artırarkən bəşəriyyətin 99 faizinin gəliri azalıb.

Qlobal yoxsulluğun azaldılmasına diqqət yetirən xeyriyyə təşkilatı “Oxfam” Davosda keçirilən Dünya İqtisadi Forumu ərəfəsində qeyri-bərabərliyə dair hesabatını açıqlayıb.

“Oxfam”a görə, pandemiyanın başladığı 2020-ci ilin martından bəri dünyanın 10 ən varlı adamının, o cümlədən Elon Mask, Ceff Bezos və Bill Qeytsin sərvəti iki dəfədən çox artaraq 1,5 trilyon dollara çatıb. Bu göstərici onları dünyanın ən yoxsul 3,1 milyard insanından altı dəfə zəngin edir.

Koronavirus pandemiyasının milyarderlərin xeyrinə olduğunu bildirən “Oxfam”ın icraçı direktoru Qabriela Buçer səhmlərinin artması sayəsində super zənginlərin sayının artdığını da vurğulayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)