“Tesla” yeni elektrikli avtomobilini təqdim edib
“Tesla” şirkəti məşhur “Model S” avtomobilinin yeni versiyasını təqdim edib.
Bu barədə “Electrek”ə istinadən xəbər verir.
Avtomobilin yenilənmiş versiyası Tayvanda nümayiş etdirilib. Şirkət ilk dəfə olaraq ABŞ-dan kənarda yeni avtomobillərin satışına başlayıb. “Model S” bəzi kosmetik yenilənmələr tətbiq edib. Elektrik avtomobil “Model 3” və “Model Y”nin ən son versiyalarında təqdim olunan matris faraları ilə çıxıb.
Ehtimal olunur ki, yaxın gələcəkdə “Tesla” avtomobilin bu versiyasının istehsalına başlayacaq və əvvəllər mövcud olan bütün modelləri onunla əvəz edəcək.
Mütəxəssislərin fikrincə, “Tesla” Model S-in yeni versiyası ABŞ bazarında demək olar, dəyişməz şəkildə istehsala buraxılacaq.
“Tesla Model S" beş qapılı elektrik avtomobilidir.
Qeyd edək ki, ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” 2021-ci ilin dekabr ayında 70 846 avtomobil satıb. Bu, 2020-ci ilin dekabr ayı ilə müqayisədə təxminən 3 dəfə çox, 2021-ci ilin noyabr ayına nisbətən isə 34 % çoxdur.