Sosial iqtisadiyyat

Ərdoğan Türkiyə ilə Azərbaycan arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunu təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunu təsdiqləyib.

Dövlət başçısının sərəncamı “Rəsmi qəzet”də dərc olunub.

Qeyd edək ki, iki ölkə arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu ötən ilin dekabrında imzalanıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)