Sosial iqtisadiyyat

DTX və XKX-nin qulluqçularının maaşları artırıldı

Azərbaycan Respublikası Prezidenti  İlham Əliyev Dövlət Təhlükəsizliyi Xidmətin və Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında fərman imzalayıb.

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin həqiqi hərbi xidmət hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq vəzifə maaşlarına həmin maaşın 20 faizi məbləğində əlavə müəyyən edilib.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department