Putin ABŞ-a xəbərdarlıq etdi
“Artıq Şərqi Avropada yerləşdirilən Amerika bölmələrinin sayı 8 minə çatıb”
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
“Dünyada hərbi-siyasi vəziyyətin gərginləşməsi davam edir. ABŞ isə Rusiya sərhədlərində hərbi mövcudluğunu gücləndirir”, - nazir bildirib.
"Rusiya ABŞ-ın dost olmayan addımlarına cavab olaraq uyğun hərbi-texniki tədbirlər həyata keçirəcək".
“RİA Novosti” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin genişləndirilmiş iclasında bildirib.
“Qərbli həmkarlarımız açıq-aşkar təcavüzkar xətti davam etdirərlərsə, biz uyğun cavab olaraq hərbi-texniki tədbirlər görəcəyik. Dost omayan addımlara sərt cavab veriləcək. Rusiyanın suverenliyi və təhlükəsizliyini təmin etmək üçün bu istiqamətdə fəaliyyət göstərməyə tam haqqımız çatır”, - o vurğulayıb.