Mərkəzi Bank "FinKapital” BOKT-a lisenziya verib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "FinKapital” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.
ENA.az bu barədə tənzimləyici quruma istinadən xəbər verir.
Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 55-ə çatıb.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Finkapital” MMC bank olmayan kredit təşkilatını (BOKT) sentyabrın 16-da dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, ev 73, mənzil 17, nizamnamə kapitalı bu növ kredit təşkilatları üçün müəyyən edilmiş tələbə uyğun – 300 min manat, qanuni təmsilçisi isə Tural Şamil oğlu Bağırovdur.
Sözügedən ünvanda həm də 100 manat nizamnamə kapitalı ilə “Finkapital Lizinq və Faktorinq” MMC qeydiyyatdan keçib. 2019-cu ildə yaradılmış bu şirkətin də qanuni təmsilçisi T.Bağırovdur.