Elm və Texnologiya

Alimlər məlumatların DNT-yə yazılması və saxlanması sahəsində böyük irəliləyişə nail olublar

 Məlumatların bioloji üsullar vasitəsilə yazılması və ötürülməsi heç də sürətli bir proses deyil. Təbiətin qabaqda milyardlarla il təkamül prosesi var və bu məsələdə tələsmək qəti məsləhət görülmür. Belə ki, məlumatları heç bir kritik zədələnmə olmadan uzun zaman kəsiyindən keçirtmək lazımdır. Buna görə də DNT bioloji orqanizmlər barəsində məlumatların saxlanılması və ötürülməsi üzrə ən yaxşı vasitədir. Heç təəccüblü deyil ki, alimlər DNT-dən istənilən məlumatın saxlanması üçün istifadə etməyi qərara alıblar. Hələ bir neçə müddət bundan öncə ABŞ-ın kəşfiyyat sahəsindəki aparıcı tədqiqatlar agentliyi (Intelligence Advanced Research Projects Activity / IARPAMIST adlı (məlumatların molekulyar saxlanması) proqramını işə salmışdı. Bu proqram çərçivəsində isə SMASH adlı (Scalable Molecular Archival Software and Hardware) layihə xüsusi diqqətə layiq görülmüşdü. SMASH layihəsi üzrə müqavilə Corciya Texnologiya İnstitutu (GTRI) ilə bağlanmışdı.

 

    Sözügedən layihə məlumatların DNT-yə yazılması və oxunması üçün nəzərdə tutulmuş çiplərin hazırlanmasına istiqamətləndirilib. İndi isə BBC xəbər verib ki, alimlər məlumatların DNT-ə yazılması və saxlanması məsələsində böyük irəliləyişə nail olublar. Məlumata əsasən onlar aktual olan üsullardan fərqli olaraq məlumatların DNT-yə yazılma sıxlıqlarını 100 dəfə artırma imkanını aşkar ediblər. Bunun sayəsində isə məsələn insanlıq tarixində çəkilmiş bütün filmləri şəkər kubu ölçüsündə olan həcmə yazmaq mümkün olacaq. Məlumatların DNT-yə yazılması prosesində ikili koddan deyil, 4 baza simvolunun kodlaşdırılmasından istifadə edilə bilər. Bu isə öz növbəsində ikili kod üsulundan fərqli olaraq məlumatların DNT-yə daha yüksək sıxlıqla yazılmasına imkan verir. Məlumdur ki, DNT ipi nuklein turşularının 4 əsasının sıralanmasına sahibdir: Adenin (A), Quanin (G), Sitozin (C) və Timin (T).

    Məsələn kodlaşdırma üçün bu əsasları bu cür sıralama kimi təsvir etmək olar: 00 = A01 = C10 = G və 11 = T. Bu turşular vasitəsilə kodlaşdırılmış məlumatlar DNT-yə yazılır və böyük olmayan konteyner daxilinə yerləşdirilir. Aşağı temperatur şəraitində DNT və ona yazılmış məlumatlar heç bir zədə görmədən minilliklərlə qala bilərlər. Məlumatların DNT-yə yazılması ilə bağlı olan əsas problem ondan ibarətdir ki, sintez sürəti çox aşağıdır. Bundan əlavə olaraq bu çox baha başa gələn prosesdir. 200 MB həcmində məlumatın yazılması ilə DNT-nin sintezinə alimlər 24 saat var sərf edirlər. Buna görə də məlumatların yazılması və oxunması mərhələlərini sürətləndirmək, onların qiymətlərini aşağı salmaq və bundan əlavə olaraq prosesləri sadələşdirmək lazımdır. Bu isə öz növbəsində DNT-nin çiplərə yerləşdirilməsinə yardımçı olacaq. Alimlər isə bu cür üsullardan birini təkmilləşdirərək onu test ediblər. Belə ki, onlar hər bir DNT ipini paralel olaraq bir çox hüceyrədə sintez etməyi bacarıblar. Hüceyrələrin sayı artdıqca isə məlumatları yazılması sürəti və yazılan məlumatların sıxlıqları da artır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)