Yeni il şənlikləri ilə bağlı restoranlarda nəzarət gücləndiriləcək
“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yeni il şənlikləri zamanı ictimai iaşə müəssisələrində xüsusi karantin rejiminin tələblərinə əməl edilməsilə bağlı nəzarət tədbirləri həyata keçiriləcək”.
ENA.azxəbər verir ki, bunu Agentliyin Bakı regional bölməsinin rəisi Zaur Kərimov deyib.
O qeyd edib ki, şənlik keçirilmə qaydası Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiq etdiyi təlimatlara uyğun olmalıdır: “Metodik göstərişlərin tələblərinə mütləq şəkildə əməl olunmalıdır. Korporativ şirkətlərin təşkil edəcəyi şənlik mərasimlərinin iştirakçıların sayı barədə də portalda məlumat olmalıdır. Bu zamanda qeyd olunan tələblərə əməl edilməlidir”.
Z.Kərimovun sözlərinə görə, yeni il şənliklərinin keçirilməsi üçün tələb olunan vaxtdan 5 gün əvvəl qeydiyyatdan keçmək kifayətdir.