ADIF ləğvedici olduğu banklar üzrə kreditlərin sayını açıqlayıb
Bu il oktyabrın 1-nə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) ləğvedici olduğu banklar üzrə 116 458 kredit olub.
ENA.az xəbər verir ki, bu barədə ADIF məlumat yayıb.
Məlumata görə, bunlardan 47 482-si məhkəməyəqədərki, 8 807-si məhkəmə, 60 169-u isə icra statusundadır. Xatırladaq ki, hazırda Azərbaycanda 21 bank ləğv prosesindədir. Bunlar "AG Bank", "Amrah Bank", “Atabank”, "Atra Bank","Bank of Azerbaijan", "Borçalı Bank”, "Evro Bank", "Kredo Bank", "Royal Bank", "Texnika Bank", "Yunayted Kredit Bank", "Zamin Bank”, "Azərbaycan Kredit Bankı", "Birlik Bank", "Debüt Bank", "Deka Bank", "Dəmir Bank", "Gəncə Bank" "NBC Bank", "Qafqaz İnkişaf Bankı" vəASC-lər, "Bank Standard" QSC-dir.