Bank

Ümidsiz kreditlərini “dirildən” banklar: Ehtiyatlar üzrə bankların - RENKİNQİ

Bankların ehtiyat yaratmaları normal bir haldır və bu o demək deyil ki, bank yaratdığı ehtiyat qədər itki proqnozlaşdırır. Aydındır ki, ehtiyatlar daha çox kreditlər üzrə yaradılır, yəni bank verdiyi pul üzrə risklərini hesablamalıdır. Bəzən banklar hətta böyük zərərlilik açıqlasalar belə ehtiyat yaradaraq, vəziyyəti ciddi nəzarət altına alırlar. Bankların hesabatlarında çox zaman yaradılan ehtiyatlar Mənfəət/Zərər qrafasında görünür. ENA.az-ın hazırladığı məlumatlara əsasən, ehtiyatların həcmi üzrə ilk üçlükdə olan banklar bunlardır:

KapitalBank, PaşaBank, Unibankdır. Hər üç bank ehtiyatlara ayırdığı vəsaitin həcmini nəzərəçarpacaq dərəcədə artırıblar. Kreditlərini “dirildərək” ehtiyatlarını mənfəətə keçirən banklar da renkinqdə aydın görünür. Bu banklara Yelo Bank liderlik edir. Belə ki, bankın 2020-ci ilin üçüncü rübündə 23 milyon manat ehtiyatları vardı, bu ilin üçüncü rübünün göstəricilərinə əsasən, 9,8 milyon manat kredit geri qayıdıb və mənfəətə daxil olub. Təkcə iyul-sentyabr aylarında bank 1,8 milyon manatı geri qaytara bilib. Bu həm də o deməkdir ki, kreditlərin keyfiyyəti yaxşılaşıb.

Qeyd edək ki, standart olaraq 2% götürsək, bank 100 milyon manat kredit portfelinə qarşı 2 milyon manat ehtiyat yaratmalıdır. Yəni, bank yeni verdiyi 100 milyon üçün 2 milyon ehtiyat yaradır. Əgər bu müddətdə 11,8 milyon kredit geri qayıdırsa, bank bunun 9,8 milyon manatını geriyə qayıtma kimi mənfəətinə daxil edir, yəni kredit portfeli üzrə lazımi ehtiyatlara toxunmur. Təbii ki, kredit portfelinin həcmi dəyişdikcə ehtiyatların həcmi də müvafiq şəkildə dəyişir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department