Əhali iki ayda 193 milyon manatını banklardan geri çəkib

Əhalinin banklardakı əmanətləri azalmaqda davam edir.
"BI" Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatına istinadən xəbər verir ki, Oktyabr ayının sonu ilə müqayisədə Noyabrda əmanətlər 68 milyon manat və ya 0,8% azalaraq 7 milyard 989 milyon 900 min manata düşüb.
Sentyabr ayının sonu ilə müqayisədə Oktyabrda əhalinin əmanətləri 125 milyon manat və ya 1,5% azalaraq 8 milyon 57 milyon 900 min manata düşmüşdü. Sentyabr ayının sonunda əhalinin banklardakı əmanətləri 8 milyard 114 milyon 900 min manata çatmışdı.
Əhali Oktyabr və Noyabr aylarında banklardan 193 milyon manatını geri götürüb.