Bank

Bank sektorunun vəziyyəti məlum oldu - RƏQƏMLƏR

2018-ci ilin noyabr ayı üzrə bank sektorunun icmal göstəriciləri açıqlanıb

30 noyabr 2018-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən bankların cəmi aktivləri 29 milyard 827.2 milyon manat, cəmi öhdəlikləri isə 25 milyard 579.7 milyon  manat təşkil edib.Sektorun balans kapitalı isə 4 milyard 247.5 milyon manat olub. 

Maliyyə Bazarlarına Nəzarət Palatasının yayadığı məlumata görə, 2018-ci ilin noyabr ayı ərzində bank sektorunun aktivləri cari ilin oktyabr ayı ilə müqayisədə 0.5% (137 milyon manat), öhdəlikləri 0.2% (61.5 milyon manat), balans kapitalı isə 1.8% (75.5 milyon manat) artıb.

Noyabr ayında bankların kredit portfeli 2.4% (282.9 mln. manat) artaraq 12 milyard 171.2 milyon  manat təşkil edib. Ümumilikdə 2018-ci ilin 11 ayında bank sektorunun kredit portfeli 7.4% (834.5 milyon  manat) artıb.

Noyabr ayında fiziki şəxslərin əmanətləri 7 milyard 989.9 milyon  manat təşkil edib. Ümumilikdə, 2018-ci ilin 11 ayında fiziki şəxslərin əmanətlərində 5.9% (447.4 milyon  manat) artım olub.

Cari ilin 11 ayı ərzində banklar 644 milyon manat əməliyyat mənfəəti, 306.3 milyon manat xalis mənfəət generasiya edib.

Fəaliyyət göstərən 30 bankın filiallarının sayı 508, şöbələrinin sayı 141, ATM-lərin sayı 2 490 olub.

Bank sektorunun işçi heyəti noyabr ayında 0.6% (110 nəfər) artaraq 17 321  nəfər təşkil edib. Ümumilikdə isə cari ilin 11 ayında bank sektorunda çalışanların sayı 7.1% (1 150 nəfər) artıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department