Aqrar

Azərbaycan Rusiyadan buğda alır, Rusiya isə bugündən ixrac rüsumunu bahalaşdırdı

Rusiya Federasiyası buğdanın ixrac rüsumunu 20 oktyabrdan etibarən 58,7 dollardan 61,3 dollara qaldırdı. Arpa rüsumu bir ton üçün 49,4 dollardan 45,9 dollara düşdü, qarğıdalı üçün isə 47,2 dollardan 48,4 dollara qaldırıldı. Nəzərə alsaq ki, Azərbaycan Rusiyadan buğda alan ölkələrdən biridir, bu artımın Azərbaycana təsir göstərməsi mümkündür. 

Qeyd edək ki, bu ilin yanvar-avqust ayları ərzində Azərbaycana 122 245,94 ABŞ dolları dəyərində 480 960,65 ton buğda idxal edilib. Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 16,9%, həcmi isə 30,2% azalıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, buğda üçün bir ton 287,6 dollar, arpa 250,6 dollar (bir həftə əvvəl 255,6 dollar), qarğıdalı üçün 254,2 dollar (bir həftə əvvəl 252,5 dollar) olub.

Yeni rüsum dərəcələri oktyabrın 26-dək qüvvədə olacaq.

İyunun 2-dən etibarən Rusiya Federasiyası buğda, qarğıdalı və arpanın ixracına və onlardan alınan vəsaitin kənd təsərrüfatı istehsalçılarına subsidiya vermək üçün geri qaytarılmasını nəzərdə tutan taxıl damper mexanizmini tətbiq etdi.

Rüsumların məbləği, Moskva Birjasında qeydiyyata alınan ixrac müqavilələrinin qiymətlərinə əsaslanan qiymət göstəriciləri əsasında həftəlik hesablanır. Buğdanın kəsmə qiyməti bir ton üçün 200 dollar, qarğıdalı və arpa üçün 185 dollardır. 

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, ötən kənd təsərrüfatı ilində (iyunun 30-da başa çatan) taxıl ixracı 38,4 milyon ton, buğda ixracı 49 milyon ton təşkil edib. Qarşıdakı kənd təsərrüfatı ili üçün proqnoz 45-48 milyon tondur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)