Ölkədə araq və tütün məmulatları bahalaşıb
Azərbaycanda araq və tütün məmulatlarının qiymətində bahalaşma müşahidə olunur.
ENA.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Araq, brendi (konyak) 2021-ci ilin sentyabr ayında 2021-ci ilin avqust ayına nisbətən 0.4%, 2020-ci ilin sentyabr ayına nisbətən 2.9% bahalaşıb.
Tütün məmulatları isə 2021-ci ilin sentyabr ayında 2021-ci ilin avqust ayına nisbətən dəyişiklik olmayb, 2020-ci ilin sentyabr ayına nisbətən isə 8.3% bahalaşıb.