Bank

KapitalBank aktivlərinin həcmini açıqladı

Kapital Bank-ın aktivləri 1 oktyabr 2021-ci il tarixinə 5,9 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 2,5 milyard manat olub.
Bankda müştəri depozitlərinin həcmi 1 oktyabr 2021-ci il tarixinə 4,6 milyard manat olub.
Bankın 1 oktyabr 2021-ci il tarixinə tutulmalardan sonra məcmu kapitalı 662 milyon manat, adi və imtiyazlı səhmlər isə 245 milyon manat təşkil edir.
Qeyd edək ki, Kapital Bank Moodys və StandardPoors beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir.
Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)