Son 10 ildə Azərbaycanın xarici borcu 2 dəfə artıb - DÜNYA BANKI
Azərbaycan Respublikası son 10 ildə xarici borcunu iki dəfə artırıb.
ENA.az bu barədə Dünya Bankının “Beynəlxalq Borc Statistikası 2022” adlıhesabatında deyilir.
Hesabatda qeyd edilir ki, Azərbaycanın 2020-ci ilin sonuna xarici borcunun həcmi 15 milyard 812 milyon ABŞ dolları təşkil edib. Bu son bir ildə 0.2%-ə qədər azalma olsa da, son 10 ildə 2.2 dəfə böyümə deməkdir. Xarici borcun həcmi isə ən böyük rəqəm indiyə qədər 2018-ci ilin sonu – 16 milyard 211 milyon dollar olmaqla qeydə alınmışdır.
Cari borcların 15 milyard 139 milyon dolları uzun müddətli kreditlər, o cümlədən 14 milyard dolları ictimai sektora cəlb edilmiş kreditlər olmuşdur.
Qısa müddətli kreditlərin həcmi isə cəmi 452 milyon dollardır.