ABŞ şirkəti qeyri-adi kosmik gəzinti təşkil edəcək
![](https://ena.az/uploads/news/2021-10/_ena_928cf270049e0eb58e90c8f9b_o.jpg)
“ABŞ”ın “World View” şirkəti 50 min dollara qeyri-adi kosmik gəzinti təşkil edəcək.
ENA.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, ilk uçuşun 2024-cü ildən həyata keçirilməsi nəzərdə tutulub. Gəzinti iştirakçıları hava şarı ilə 100 min fut yüksəkliyə qalxacaq və 12 saat havada qalacaqlar. Hava şarının daşıdığı kapsulda restoran, bar və teleskoplar olacaq.