Bakcell işçi axtarır - VAKANSİYA
B2B məhsullarının idarəolunması üzrə mütəxəssis
Vakansiya haqqında
Funksiya: Marketinq
İş qrafiki :Standart
İş müddəti : Daimi
Son müraciət tarixi : 07.10.2021
Sizin əsas vəzifə öhdəlikləriniz:
*Yeni B2B Məhsulları üçün Marketinq planı hazırlamaq;
*Gəlir və bazar payının əldə olunması məqsədi ilə yeni məhsul və kampaniyaların hazırlanması və məhsulun inkişaf prosesindən sonrakı təhlilinədək yayınmaları müəyyən etmək;
*Bazar tendensiyalarına nəzarət etmək, yeni B2B məhsullarına tələbatı müəyyən etmək və yeni məhsul/xidmətlər irəli sürmək;
*B2B seqmenti üzrə abunəçilərin baza xüsusiyyətlərini, ARPU, data istifadə, gəlir üzrə yayınma hallarını və tendensiyaları müəyyənləşdirmək;
*B2B məhsulları və rəqəmsal biznes üçün müştəri təcrübəsi, gəlir və məhsuldarlığı təkmilləşdirmək;
*B2B Məhsullarının əsas səmərəlilik göstəricilərini təhlil etmək üçün reqressiya təhlilindən, standart yayınma halları və hipotez təhlil texnikalarından istifadə etmək;
*B2B SIM kartlarının B2B bazarında nüfuzunun artırılması strategiyalarının həyata keçirilməsinə dəstək olmaq.
Sizdən tələb olunan təhsil və iş təcrübəsi:
*Marketinq, İqtisadiyyat üzrə Ali təhsil (MBA üzrə təhsil üstünlük hesab olunur);
*Marketinq, Məhsulların İnkişaf etdirilməsi və ya Biznesin İdarəedilməsi üzrə 3-4 il iş təcrübəsi (Telekommunikasiya sahəsində iş təcrübəsi üstünlük hesab edilir).
Sizdən tələb olunan bacarıq və səriştəliklər:
*Analitika qabiliyyəti;
*Yaradıcı düşünmə;
*Təzyiq altında işləmə bacarığı;
*Mükəmməl Power Point və Excel biliyi;
*Azərbaycan və İngilis dillərini mükəmməl bilmək (Rus dili biliyi üstünlük hesab olunur).
Müraciət etmək üçün:
CV-nizi jobs@bakcell.com e-mail ünvanına göndərməyinizi xahiş edirik
Başlıqda “B2B məhsullarınının idarəolunması üzrə mütəxəssis” qeyd olunmayan müraciətlər nəzərə alınmayacaqdır.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.