Sağlamlıq

Koronavirusa yoluxanların yeni sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 689 yeni yoluxma faktı qeydə alınıb, 1 816 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 484 591 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 460 738 nəfər müalicə olunaraq sağalıb, 6543 nəfər vəfat edib, aktiv xəstə sayı 17 310 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9558, ötən müddət ərzində isə ümumilikdə 4 868 573 test aparılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department