BİZNES

Dünyanın ən zəngin insanı o oldu

ABŞ-ın “Forbes” jurnalı dünyanın ən zəngin insanının SpaceX və Tesla şirkətlərinin sahibi İlon Mask olduğunu elan edib.

ENA.az jurnala istinadən xəbər verir ki, Maskın şəxsi sərvəti bazar ertəsi günü 203,4 milyard dollara çatıb.

Mask tarixdə sərvəti 200 milyard dolları keçən 3-cü şəxs kimi tarixə düşüb.

2020-ci ildən avqustundan planetin ən zəngin iş adamı statusunu daşıyan Cezz Bezos 2-ci (197,7 milyard dollar), fransız iş adamı Bernar Arno isə 3-cü (175,2 milyard dollar) yerdədir.

İlon Mask Marsda insan koloniyası yaratmaq planları barədə danışıb. O, kosmik sferada insanları açıq fəzaya, Aya və Marsa göndərəcək kommersiya modullarının hazırlanması üzərində iş aparır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)