“Skoda” çip çatışmazlığına görə istehsalı dayandırır
Çexiyanın aparıcı avtomobil istehsalçısı - “Skoda” şirkəti sentyabrın 27-dən ölkədəki 3 zavodunda istehsalı dayandıracaq.
ENA.az xarici mətbuata istinadən xəbər verir ki, fasilə bir həftə davam edəcək.
Buna səbəb elektron komponetlərin (çip) çatışmamazlığıdır. Bu dövr ərzində 34 minə yaxın işçiyə mükafatlar da daxil olmaqla aylıq qazancın 85 %-i ödəniləcək.
Hazırda “Skoda” elektron komponentlərin çatışmamazlığına görə “Volkswagen” konserninə daxil olduğu vaxtdan keçən 30 il ərzində ən çətin günlərini yaşayır.