Avtomobil

“Tesla” lazer şüşəsilən patentləşdirib

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” şirkəti lazer şüşəsilən patentləşdirib.

ENA.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Patent sənədlərinə görə, şualar şüşənin üzərindəki zibil və çirki identifikasiya edərək onu yandıracaq.

İstisna olunmur ki, lazer təkcə avtomobilin ön şüşəsini deyil, elektrokarın digər şüşələrini də təmizləyəcək. Funksiyanın əsas üstünlüklərindən biri tamamilə avtonom olması və sürücüdən hər hansı hərəkət tələb etməməsidir.

Bu texnologiya digər sferalarda da, o cümlədən günəş panellərinin çirklənmələrdən təmizlənməsində tətbiq edilə bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)